Home » Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə onlayn seminar keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə onlayn seminar keçirilmişdir

by ulviyya
0 comment 3 views 1 minutes read

13 iyun 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə Türkiyə Respublikasının “Onlayer A.Ş” təşkilatı tərəfindən “The leading platform for (end-to-end) merchant management” mövzusunda onlayn seminar keçirilmişdir.

Seminar təsərrüfat subyektlərinin sürətli və səmərəli formada elektron ticarət xidməti ilə təmin edilməsi, mövcud təsərrüfat subyektlərindən əldə olunan gəliri artırmaq üçün biznes fikirlərinin yaradılması və ən əsası təqdim edilən platformadan istifadə edilməklə baş verəcək fırıldaqçılıq hallarını minimuma endirmək üçün tədbirlərin həyata keçirilməsi mövzularını əhatə etmişdir.

Tədbirdə təşkilat tərəfindən təqdim edilən platformanın üstünlükləri açıqlanaraq, banklara hər hansı bir xidmət haqqı ödəmədən platformadan demo versiyasında istifadə edilməsi və POC xidmətinin təqdim edilməsi qeyd edilmişdir.

Əlavə edək ki, ABA tərəfindən bank əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verilməkdədir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 2 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.