Home » Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir

Azərbaycan Banklar Assosiasiyasının Ümumi Yığıncağı keçirilmişdir

by bbnadm
0 rəy 3 baxış 1 dəqiqə oxuma

28 fevral 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Yığıncağı giriş sözü ilə açan ABA-nın prezidenti Zakir Nuriyev iclasın gündəliyində olan məsələlər barədə məlumat verib.

İclasın gündəliyinə ABA-nın 2022-ci il üzrə fəaliyyətinə dair hesabatının (görülmüş işlər, Ekspert Qruplarının fəaliyyəti), ABA-nın Audit Komitəsinin hesabatının dinlənilməsi və təsdiqi, ABA-nın 2022-ci il üzrə maliyyə hesabatının, ABA və törəmə qurumlarının (ABTM, Banklar və Biznes qəzeti, Biləsuvar bağça-məktəb-lisey kompleksi) 2023-cü il üzrə büdcəsinin, ABA-nın 2023-cü il üzrə İş Planının təsdiqi, Özünüməşğulluq proqramına dair hesabat videosu və cari məsələlər daxil olub.

İclasda ABA-nın 2022-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə təsərrüfat hesabatı ABA-nın İcraçı direktoru Yunus Abdulov tərəfindən təqdim edilib və təsdiq edilmişdir. ABA-nın Audit Komitəsinin hesabatı dinlənilib və təsdiq edilib.

Həmçinin iclas zamanı 2022-ci il üzrə ABA-ya üzv bankların, ən fəal Ekspert Qruplarının mükafatlandırılması mərasimi keçirilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.