Home » Azərbaycan banklarının İstanbul səfəri baş tutub

Azərbaycan banklarının İstanbul səfəri baş tutub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 3-6 aprel 2023-cü il tarixlərində ABA-nın “Xəzinədarlıq və Fondların İdarəedilməsi Ekspert Qrupu” üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin və ölkənin investisiya şirkətlərinin rəhbərlərinin İstanbula səfəri baş tutmuşdur.

Səfər çərçivəsində iştirakçılar təlimlərlə yanaşı, Türkiyənin aparıcı banklarının, eləcə də dünyanın öndə gələn ən böyük banklarının Türkiyə nümayəndəlikləri ilə görüşlərdə iştirak etmişdirlər.

Bu zaman pul bazarı əməliyyatları, üzən məzənnə sisteminin idarəedilməsi, likvidliyin idarəolunması, Forex/Dilling əməliyyatları ilə əlaqədar təlim və təcrübə mübadiləsi təşkil edilmiş, həmçinin yuxarıda qeyd edilən banklarla müxbir münasibətlərin inkişafı və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilmişdir.

23 nəfərlik geniş iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

  1. JPMorgan Chase Bank (İstanbul Şöbəsi);
  2. BNY Mellon (İstanbul nümayəndəliyi);
  3. Citibank (İstanbul Şöbəsi);
  4. Ziraat Bankası;
  5. İş Bankası;
  6. AkBank;
  7. QNB Finansbank;
  8. Halk Bankası;
  9. ICBC Turkey;
  10. Habib Bank Limited (İstanbul Şöbəsi);
  11. Paşa Yatırım Bankası.

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.