Home » Azərbaycan-Belçika enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Belçika enerji əməkdaşlığı müzakirə edilib

by bbnadm
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov Belçika Krallığına səfəri çərçivəsində bu ölkənin energetika naziri Tinne Van der Straeten ilə görüşüb. Görüşdə Avropa İttifaqı ilə strateji enerji tərəfdaşlığına uyğun olaraq Azərbaycandan təbii qaz və bərpa olunan enerji tədarükü üzrə həyata keçirilən layihələr barədə məlumatlar verilib. Əlavə qaz təchizatı üçün Cənub Qaz Dəhlizi və “Həmrəylik Halqası” marşrutlarının təkmilləşdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstanı birləşdirən və Bolqarıstanın da maraq göstərdiyi  “yaşıl enerji” bağlantısı, həmçinin Şimal dənizində Belçikanın külək enerjisi layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dənizdə külək enerjisindən istifadə sahəsində Belçika ilə təcrübə mübadiləsi üzrə əməkdaşlıq etməyə dair razılıq əldə edilib.

Tinne Van der Straeten Bakı Enerji Forumunda iştirak etmək üçün Azərbaycana dəvət edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.