Home » Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün təlim

Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün təlim

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan Respublikasının Mərkəzi Bankının, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Azərbaycan Bank Tədris Mərkəzinin birgə layihəsi çərçivəsində Azərbaycan Beynəlxalq Bankı sahibkarlar üçün onlayn formatda təlim təşkil edib. Bankın “Sahibkarlar Klubu” üzvlərinin iştirak etdiyi təlim “Sahibkarın pul axını və kredit” mövzusuna həsr edilib.

Təlimdə Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri sahibkarlara maliyyə resurslarının effektiv idarə edilməsi, o cümlədən gəlir və xərc proqnozlarının düzgün aparılması, risklərin qiymətləndirilməsi, maliyyə ilə bağlı digər məsələlərin optimal həll yolları ilə bağlı məlumat veriblər. Mövzu üzrə sahibkarları maraqlandıran suallara aydınlıq gətirilib.

Azərbaycan Beynəlxalq Bankının Korporativ bankçılıq üzrə Baş direktoru Nərgiz Biləndərli klub üzvləri üçün bu cür silsilə tədbirlərin davam etdiriləcəyini bildirib: “Sahibkarlar Klubu kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara, eləcə də hüquqi şəxslərə müxtəlif imtiyazlar yaradır. Üzvlərimiz üçün biznesin inkişafı ilə bağlı müxtəlif dəstək proqramlarının, məsləhət və təlim xidmətlərinin təqdim olunması da bura daxildir. İş adamları Sahibkarlar Klubuna üzv olaraq bu imkanlardan faydalana bilərlər”. 

Sahibkarlar Klubunun fəaliyyəti haqqında ətraflı məlumatı buradan əldə etmək mümkündür. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.