Home » Xalq Bank Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi.

Xalq Bank Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi.

by Zeyneb
0 comments 0 views 1 minutes read

Xalq Bank Visa ödəniş sisteminin təqdim etdiyi Visa Direct to Account and Wallet xidmətini istifadəyə verdi.

Visa Direct to Account xidməti müştərilərə pul vəsaitlərini birbaşa alıcının bank hesabına sürətli və təhlükəsiz şəkildə köçürülməsini həyata keçirməyə imkan verir. Vəsaitlər alıcının ölkəsinin yerli valyutasında (o cümlədən TRY, AED, KRW və s.) mədaxil olunur.

Digər tərəfdən, Visa Direct to Wallet xidməti vasitəsilə CNY valyutasında Çin ödəniş sistemləri olan Alipay və WeChat Pay üzərindən köçürmələrin həyata keçirilməsi mümkündür. Köçürməni həyata keçirmək üçün müştəri Xalq Bank filialına müraciət etməli, ödəniş tapşırığını, ödəniş təyinatı kodunu (POP-kodu) və alıcının rəqəmsal pul kisəsinə bağlı olan mobil nömrəsini təqdim etməlidir.

Xidmət yalnız fiziki şəxslər üçün keçərlidir.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.