Home » Azərbaycan “Gulfood 2024” sərgisində iştirak edir

Azərbaycan “Gulfood 2024” sərgisində iştirak edir

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan məhsulları Dubayda keçirilən “Gulfood 2024” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Dubay şəhərində “Gulfood 2024” – 29-cu Beynəlxalq Qida, İçkilər və HoReCa sənayesi Sərgisi keçirilir.

İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanın 20-dən çox şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendi altında təqdim edir. Belə ki, milli stenddə meyvə şirələri, süd məhsulları, mineral sular, meyvə-tərəvəz, kürü, qənnadı məhsulları, çay, qurudulmuş meyvələr, zeytun yağları, ədviyyatlar və ət məhsulları nümayiş olunur. Bundan başqa, stenddə AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunur, ziyarətçilərə sahibkarlara göstərilən dəstək, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə müvafiq çap materialları təqdim edilir.

Fevralın 23-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları müxtəlif ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

Qeyd edək ki, hər il Dubayda təşkil olunan “Gulfood” sərgisi dünyanın, eləcə də Körfəz və Yaxın Şərq regionunun ixtisaslaşmış ən böyük və mühüm beynəlxalq platformasıdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.