Home » Azərbaycanda fərdi sahibkarların sayı 5%-dək artıb

Azərbaycanda fərdi sahibkarların sayı 5%-dək artıb

by yunus
0 comments 0 views 1 minutes read

2026-cı il aprelin 1-i vəziyyətinə ölkə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 1 milyon 472 min 498 fərdi sahibkar qeydiyyatdan keçib.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 68 min 492 nəfər və ya 4,8 faiz artıb.

Hesabat dövründə hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (25,9%), Lənkəran-Astara (10,2%), Qazax-Tovuz (7,9%) və Mərkəzi Aran (7,2%) iqtisadi rayonlarında qeydiyyata alınıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.