Home » Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb

Azərbaycan iki ayda Aİ ölkələri ilə 2,8 milyard dollarlıq ticarət aparıb

by yunus
0 comments 1 views 2 minutes read

Bu ilin yanvar-fevral aylarında Azərbaycan ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsi 2 milyard 804 milyon 317 min ABŞ dollarına çatıb.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 % azdır.

Hesabat müddətində Azərbaycanın Aİ-yə ixracı 31,7 % azalaraq 2 milyard 428 milyon 516 min ABŞ dolları təşkil edib. Aİ ölkələrindən idxal isə 22,8 % azalaraq 375 milyon 801 min ABŞ dollarına düşüb.

Yanvar-fevral aylarında Azərbaycanın ümumi ixracında Aİ-nin payı 66,2 %, ümumi idxalında isə 14,4 % olub.

Bu dövrdə Azərbaycanın ən böyük ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Rumıniya, Bolqarıstan, Portuqaliya və Çexiya ilə qeydə alınıb.

İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 813 milyon 454 min ABŞ dolları təşkil edib. Bunun 1 milyard 732 milyon 161 min dolları ixracın, 81 milyon 292 min dolları isə idxalın payına düşür. Son bir ildə ticarət dövriyyəsi 20,4 %, ixrac 21,4 % azalıb, idxal isə 10,5 % artıb.

Rumıniya ilə ticarət dövriyyəsi 151 milyon 96 min ABŞ dolları olub. Bunun 144 milyon 35 min dolları ixrac, 7 milyon 61 min dolları idxaldır. Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi dövriyyə 15,8 %, ixrac 13,6 %, idxal isə 44,8 % azalıb.

Bolqarıstan ilə ticarət dövriyyəsi 122 milyon 362 min ABŞ dollarına bərabər olub. Bunun 119 milyon 256 min dolları ixracın, 3 milyon 106 min dolları isə idxalın payıdır. Bir il ərzində ticarət dövriyyəsi 8,7 %, ixrac 7,7 %, idxal isə 35,8 % azalıb.

Portuqaliya ilə ticarət dövriyyəsi 114 milyon 142 min ABŞ dolları təşkil edib. Bunun 112 milyon 367 min dolları ixrac, 1 milyon 775 min dolları isə idxaldır. Bu istiqamətdə ticarət dövriyyəsi 2,3 % artıb, ixrac 3 % yüksəlib, idxal isə 27,1 % azalıb.

Çexiya ilə ticarət dövriyyəsinin dəyəri 92 milyon 77 min ABŞ dolları olub. Bunun 84 milyon 996 min dolları ixracın, 7 milyon 81 min dolları isə idxalın payına düşüb. Son bir ildə ticarət dövriyyəsində 60,8 %, ixracda 62,1 %, idxalda isə 31,9 % azalma qeydə alınıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.