Home » Azərbaycan İnvestisiya Şirkəti sahibkarlar üçün layihələrlə bağlı müraciəti asanlaşdırıb

Azərbaycan İnvestisiya Şirkəti sahibkarlar üçün layihələrlə bağlı müraciəti asanlaşdırıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) sahibkarlar üçün layihələrlə bağlı müraciət prosedurunu daha da asanlaşdırıb. Belə ki, AİŞ-in rəsmi internet səhifəsində sahibkar tərəfindən layihə müraciəti forması üçün əlavə bölüm istifadəyə verilib.

Sahibkar yeni bölməyə daxil olaraq layihəyə dair əsas sualları cavablandıra, eləcə də biznes planı elektron müraciət forması vasitəsi ilə sürətli şəkildə yükləyə bilər. Qeyd olunan məlumatlar AİŞ tərəfindən dəyərləndirilir və növbəti mərhələdə sahibkarla əlaqə saxlanılır.

Fəaliyyətində innovativ üsulların tətbiqini, yerli və xarici investorlar, habelə sahibkarlarla əlaqələrin davamlı inkişafını prioritetlərdən hesab edən AİŞ gələcəkdə də bu sahədə təkmilləşdirmə işlərini davam etdirməyi hədəfləyir.

Qeyd: “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti dövlət başçısının “İnvestisiya Fəaliyyətinin Təşviqi üzrə Əlavə Tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli Sərəncamı ilə yaradılıb. 2020-ci ilin ortalarından etibarən AİŞ-in yeni investisiya siyasəti və şirkətin yeni inkişaf strategiyası hazırlanıb, daxili strukturu təkmillləşdirilib. İnvestisiya portfelinin sağlamlaşdırılması və optimallaşdırılması, həmçinin investisiya qaydalarının və və prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.