Home » Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

by yunus
0 comments 0 views 1 minutes read

Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 405,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 75,6 % çox investisiya yönəldilib.

BBN.az bu barədə Dövlət Statistika Komitəsi-nə istinadən  xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 78,3 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 73,9 % artıb.

Ay ərzində istifadə olunmuş investisiyanın 758,6 milyon manatı və yaxud 54 %-i məhsul istehsalı sahələrinə, 551 milyon manatı və yaxud 39,2 %-i xidmət sahələrinə, 96,3 milyon manatı və yaxud 6,8 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub, 1 milyard 4 milyon manatını və yaxud 71,4 %-ni daxili investisiyalar təşkil edib.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 577,2 milyon manatı və yaxud 41,1 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.