Home » Azərbaycan İtaliyaya investisiya qoyuluşunu 2 dəfə artırıb

Azərbaycan İtaliyaya investisiya qoyuluşunu 2 dəfə artırıb

by yunus
0 comments 0 views 0 minutes read

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliya iqtisadiyyatına 118 milyon 585 min ABŞ dolları investisiya yatırıb.

BBN.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 60 milyon 730 min ABŞ dollar və ya 2 dəfə çoxdur.

2024-cü ilin 9 ayında bu məbləğ 57 milyon 855 min manat təşkil edirdi. Hesabat dövründə Azərbaycanın İtaliya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı isə 5,8% təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 2 milyard 38 milyon 685 min dollara bərabər olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.