Home » Azərbaycan məhsulları beynəlxalq sərgidə

Azərbaycan məhsulları beynəlxalq sərgidə

by bbnadm
0 comments 0 views 0 minutes read

Noyabrın 5-də Çin Xalq Respublikasının Şanxay şəhərində 3-cü Çin Beynəlxalq İdxal Sərgisi açılacaq.

Sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin məhsulları – nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunacaq.

Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılacaq, potensial müştərilərlə görüşlər keçiriləcək.

Sərgi noyabrın 10-dək davam edəcək.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.