Home » Azərbaycan Mərkəzi Bankı daha bir BOKT-a lisenziya verib

Azərbaycan Mərkəzi Bankı daha bir BOKT-a lisenziya verib

by anar
0 comments 20 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Caspian Finance” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

BBN.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Caspian Finance”ı 2022-ci ilin dekabrında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 15, mənzil 42, nizamnamə kapitalı 5 milyon manat, qanuni təmsilçisi isə Samir Xangiz oğlu İsgəndərovdur.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.