Home » Azərbaycan Mərkəzi Bankı: Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər əmlakın dəyərinə uyğunlaşdırıla bilər

Azərbaycan Mərkəzi Bankı: Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər əmlakın dəyərinə uyğunlaşdırıla bilər

by Zeyneb
0 comments 0 views 1 minutes read

Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri gələcəkdə sığortalanan obyektlərin real dəyərinə uyğun müəyyən edilə bilər.

Bu barədə “Azərbaycan Mərkəzi Bankı”nın Sığorta fəaliyyətinin tənzimlənməsi departamentinin direktoru Pənah Bənnayev Xəbərimiz var verilişində bildirib.

Onun sözlərinə görə, sığorta sektorunda strateji prioritetlər müəyyən edilib və bu prioritetlərə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. “Bu baxımdan daşınmaz əmlakın icbari sığortası olduqca vacib istiqamətdir. Məhz buna görə də qanunvericiliyə dəyişiklik layihəsi hazırlanaraq aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb və müvafiq icra hakimiyyəti orqanına təsdiq üçün təqdim edilib”, – deyə o qeyd edib.

P.Bənnayev bildirib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən sığorta ödənişləri fiks məbləğdə – 15–25 min manat intervalında müəyyən olunur. Yeni mexanizmdə isə sığorta təminatının məbləği daşınmaz əmlakın dəyərinə uyğun şəkildə hesablanacaq.

Onun sözlərinə görə, layihədə yaşayış sahələri üzrə təbii fəlakətlərlə bağlı risklərə xüsusi diqqət yetirilib. “Katastrofik hadisələr zamanı zərərin daha çevik və effektiv tənzimlənməsi mexanizmləri nəzərdə tutulur. Eyni zamanda, sığorta əhatəsinin genişləndirilməsi və bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində də kompleks tədbirlər planlaşdırılır”, – deyə departament direktoru əlavə edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.