Home » Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

by Zeyneb
0 comments 1 views 0 minutes read

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında ölkədəki makroiqtisadi vəziyyətə dair müzakirələr aparılıb.

BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, qurumun sədri Taleh Kazımov Fondun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon və ölkəmizin də daxil olduğu Seçki Qrupu üzrə icraçı direktoru Patrik Loşevskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Görüş çərçivəsində inflyasiyaya təsir edən əsas amillər, pul siyasətinin ötürücülüyünün gücləndirilməsi, eləcə də pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər həmçinin mövcud əməkdaşlığın vəziyyəti və onun gələcəkdə genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.