Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Mərkəzi Bankına 10-cu baş direktor təyin edilib - BBN

Azərbaycan Mərkəzi Bankına 10-cu baş direktor təyin edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Sadiq Axundovu quruma baş direktor təyin edilib.

Məlumata görə, bununla da, baş direktorların sayı 10-a yüksəlib.

S.Axundov 1991-ci ildə Lənkəran şəhərində anadan olub, 2012-ci ildə Bakı Dövlət Universitetini “İnformatika” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2015-ci ildə isə həmin universiteti “İnformatika” ixtisası üzrə magistr dərəcəsi ilə bitirib, 2019-2023-cü illərdə Bakı Dövlət Universitetində “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)” ixtisasında fəlsəfə doktoru proqramı üzrə təhsil alıb.

O, əmək fəaliyyətinə 2009-cu ildə “Azəriqazbank” ASC-də Bank sistemləri şöbəsində mütəxəssis vəzifəsi ilə başlayıb, həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləyib, 2017-2019-cu illərdə “Amrah Bank” ASC-də Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi, 2019-2024-cü illərdə “ZiraatBank Azərbaycan” ASC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifələrində işləyib.

S.Axundov 2024-cü ilin mart-iyul aylarında AMB-də Sədrin ofisi departamentində məsləhətçi, 2024-cü ilin iyul ayından 2026-cı ilin aprel ayına qədər İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru vəzifələrində çalışıb.

Related posts

Kapital Bank 116 filial, 51 şöbə və 1274 ATM ilə ölkənin ən böyük xidmət şəbəkəsinə malik bankıdır

AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib

ABB-nin süni intellekt həlləri Dünya İqtisadi Forumunun hesabatına daxil edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı