0
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
BBN.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.56 ABŞ dolları və ya 0.70% azalaraq 79.02 dollarına bərabər olub.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 76,58 ABŞ dolları təşkil edib.
Qeyd edək ki,ötən gün Azərbaycan nefti 79.58 dollara ticarət edilmişdi.