0
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə 800 mln. kubmetr artımla hasil edilən 33 mlrd. kubmetr qazın 16,4 mlrd. kubmetri ixrac olunub.
BBN.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Məlumata görə, hesabat dövründə Azərbaycandan Avropaya təxminən 8,4 mlrd. kubmetr qaz ixrac olunub.O bildirib ki, bu ilin 8 ayında ölkədə neft-kondensat hasilatı 19,3 mln. ton, ixraca nəql edilən həcmlər isə 16 mln. ton olub.