Home » “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğan dünyasını dəyişib

“Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğan dünyasını dəyişib

by bbnadm
0 rəy 16 baxış 1 dəqiqə oxuma

Azərbaycan Banklar Assosiasiyasına üzv banklardan biri olan “Azərbaycan Sənaye Bankı” ASC-nin İdarə Heyətinin sədri Doğan Tandoğanın vaxtsız vəfat xəbəri bütün bank sektorunu, o cümlədən ABA üzvlərini dərindən kədərləndirdi. Hər zaman təşəbbüskarlığı, fəallığı, səriştəli idarəçilik qabiliyyəti və həyatsevərliyi ilə seçilən əziz həmkarımızı və yoldaşımızı cavan yaşında itirmək, onun yoxluğunu qəbul etmək bizlər üçün olduqca ağır və üzücüdür.

24 illik bank təcrübəsinə malik olan Doğan bəy hər zaman öz biliyi və təcrübəsi ilə fərqlənmişdir. Azərbaycan Banklar Assosiasiyasının bank sektorunun inkişafı istiqamətində gördüyü işlərdə, onun tərəfindən təşkil edilən tədbirlərdə yaxından iştirakı ilə yaddaşlarımıza həkk olunan Doğan bəy, eyni zamanda rəhbəri olduğu “Azərbaycan Sənaye Bank” kollektivin nüfuzunu qazanmış, qayğıkeş və yüksək rəhbərlik keyfiyyətləri ilə əməkdaşlara böyük nümunə olmağı bacarmışdır.

Bizim üçün daha bir ağrılı məqam, koronavirus infeksiyasının səbəb olduğu pandemiya şəraitində fiziki olaraq Doğan bəyin yaxınlarının, əzizlərin və bankın kollektivinin yanında ola bilməməyimizdir. Doğan bəyin əziz xatirəsi bir dost və həmkar kimi ABA ailəsinin qəlbində daim yaşayacaq.

Azərbaycan Banklar Assosiasiyasının üzvləri, Rəyasət Heyəti və kollektivi adından Doğan bəyin ailəsinə, sevdiklərinə, bankın kollektivinə dərin hüznlə başsağlığı verir və ona Allahdan rəhmət diləyirik.

Allah Rəhmət Etsin.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.