Home » Azərbaycan Sənaye Bankı aztəminatlı ailələrə ərzaq bağlaması paylayıb

Azərbaycan Sənaye Bankı aztəminatlı ailələrə ərzaq bağlaması paylayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

20 ildən çoxdur Bank sektorunda bir sıra ilklərə imza atan və bu kimi fəaliyyətləri ilə müştərilərin etibarını və rəğbətini qazanan Azərbaycan Sənayə Bankı (ASB) sosial layihələrini davam etdirir. 

Bankın əməkdaşları Ramazan ayı münasibətilə Bakının Nizami, Suraxanı rayonlarında, Gəncə şəhəri, İmişli rayonunda qeydiyyatda olan sosial müdafiəyə və qayğıya ehtiyacı olan yüzlərlə aztəminatlı ailəni, şəhid ailəsini, Əfqanıstan və Çernobl əlillərini ziyarət edib, onlara ərzaqlardan ibarət sovqat hədiyyə edib. 

Layihə, həm də Koronavirus infeksiyasının qarşısının alınması məqsədilə respublikada tətbiq olunan xüsusi karantin rejimi dövründə insanların evlərindən kənara çıxmaması, bununla da virusa yoluxma riskinin azaldılması məqsədilə həyata keçirilib.

Qeyd edək ki, bir müddət öncə ASB Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Koronavirusla  Mübarizə Fonduna 250 min manat ianə etmişdi.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.