Home » Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub

Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub

by ulviyya
0 comment 3 views 1 minutes read

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri vəzifəsinə yeni təyinat olub. Konfederasiyanın prezidenti Məmməd Musayevin əmri ilə bu vəzifəyə Ziya Cahangir oğlu Hacılı təyin edilib.

Qeyd edək ki, Ziya hacılı Bakı Dövlət Universitetini bakalavr və magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib, təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Corc Marşal mərkəzi, NATO məktəbi, Avropa Kolleci daxil olmaqla bir sıra tədqiqat mərkəzlərində kommunikasiya bacarıqları, transformasiya, yenidənqurma və s. mövzularda proqramlarda iştirak edib. Tarix üzrə fəlsəfə doktorudur.

2004-cü ildən dövlət qurumlarında beynəlxalq əməkdaşlıq və kommunikasiya sahələrində müxtəlif vəzifələrdə işləmiş, özəl sektorda dövlət və özəl sahələrin dialoqu ilə bir sıra müasir texnoloji yeniliklərin sənayedə və aqrar sektorda istehsalata tətbiqi, sənayedə peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində özəl peşə məktəblərinin yaradılması üzrə təcrübəyə sahibdir. 2021-ci ilin aprelindən Mərkəzi Bankda Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru vəzifəsində çalışıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.