Home » Azərbaycan Sığortaçılar Assosiasiyası beynəlxalq təşkilata ilk dəfə üzv seçilib

Azərbaycan Sığortaçılar Assosiasiyası beynəlxalq təşkilata ilk dəfə üzv seçilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) “Sığorta Assosiasiyalarının Qlobal Federasiyası”na (GFIA) üzv seçilib.

Katibliyi Brüssel şəhərində yerləşən Sığorta Assosiasiyalarının Qlobal Federasiyasının ötən gün keçirilən növbəti iclasında gündəlikdə duran məsələlərdən biri məhz Azərbaycan Sığortaçılar Assosiasiyasının Federasiyaya üzvlüyü ilə bağlı olub. Keçirilən səsvermə nəticəsində ASA-nın Federasiyaya üzvlüyü yekdilliklə dəstəklənib. Bununla da Azərbaycan Sığortaçılar Assosiasiyasının ilk dəfə beynəlxalq quruma üzvlüyü gerçəkləşib.

ASA Sığorta Assosiasiyalarının Qlobal Federasiyasına üzv olmaqla GFIA-in baş assambleyalarında ildə iki dəfə, “Insurance Europe” illik konfransında, Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının (IAIS) illik konfransında iştirak, təkrarsığorta ilə bağlı həlledici əhəmiyyətə malik məsələlər üzrə IAIS, OECD və digər beynəlxalq təşkilatlarla məlumat mübadiləsi və müzakirələrin aparılması, dünya sığortaçılarına aid hesabatların və xəbərlərin həftəlik “digest” təqdimatını əldə etmək, beynəlxalq sorğularda iştirak etmək, digər üzv assosiasiyalarla əlaqələrin qurulması, Brüsseldə yerləşən katibliyin inzibati dəstəyini əldə etmək və sair kimi imkanlara sahib olacaq.

Qeyd edək ki, Sığorta Assosiasiyalarının Qlobal Federasiyası 2012-ci ilin oktyabr ayında Vaşinqtonda sığorta assosiasiyalarının görüşündə yaradılıb. Federasiya qeyri-rəsmi olaraq 2008-ci ildən fəaliyyət göstərən Beynəlxalq Sığorta Assosiasiyaları Şəbəkəsini (INIA) əvəz edir. Federasiyaya 66 ölkədən 43 üzv, 1 müşahidəçi daxildir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.