Home » Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı müzakirə olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ilə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı arasında görüş keçirilib.

Vüsal Qasımlı səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və Azərbaycandakı fəaliyyətinin iki qardaş ölkə arasında ikitərəfli əlaqələri daha da genişləndirəcəyinə əminliyini bildirib. V.Qasımlı, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi misilsiz dəstəyə görə qardaş Türkiyə dövlətinə və xalqına minnətdarlığını ifadə edib. Görüşdə Strateji Yol Xəritələrinin həyata keçirilməsi, yeni sosial-iqtisadi inkişaf strategiyası, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramının və Rəqəmsal Transformasiya Konsepsiyasının hazırlanması, eləcə də dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi sahəsində İİTKM-in fəaliyyəti barədə məlumat verilib. V.Qasımlı beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılması, İİTKM-in layihələri olan Azexport.az, EnterpriseAzerbaijan.com, Rəqəmsal Ticarət Qovşağı, Azranking.az və Bir Pəncərə İxraca Dəstək Mərkəzi barədə məlumatı təqdim edib. Türk dünyasının iqtisadi-ticari və nəqliyyat-logistika sahəsində əməkdaşlığı məsələləri müzakirə olunub.

Səfir Cahit Bağcı iki qardaş ölkə arasında strateji əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və hər iki ölkə arasında əlaqələrin daha da sürətləndirilməsində yeni imzalanan Şuşa və Bakı Bəyannamələrinin əhəmiyyətini vurğulayıb. Azərbaycanda ASAN xidmət, Dost Mərkəzləri kimi sosial innovasiya xidmətlərini yüksək qiymətləndirən səfir sahibkarlığın inkişafına dəstək sahəsində göstərilən xidmətlərdən məmnunuluğunu da ifadə edib və bu sahədə Türkiyədən olan müvafiq qurumlarla qarşılıqlı əməkdaşlığa dəstək verməkdə maraqlı olduqlarını bildirib. Görüşdə Türk dünyasının beyin mərkəzləri arasında əlaqələrin qurulması məsələləri də müzakirə edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.