Home » Azərbaycan və ABŞ ticarət əlaqələrini genişləndirəcək alətlərin tətbiqini müzakirə edib

Azərbaycan və ABŞ ticarət əlaqələrini genişləndirəcək alətlərin tətbiqini müzakirə edib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycan və ABŞ arasında ticarət əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi müzakirə edilib.

“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində hesabında bildirib.

“Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə ABŞ-nin İxrac və İdxal Bankının (EXIM Bank) prezidenti və sədrinin baş müşaviri Dan Neqreanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı və şaxələndirilməsi sahəsində əldə olunan nailiyyətləri vurğuladıq. Ölkə iqtisadiyyatında yüksək əlavə dəyər yaradan sahələrin inkişafı və xarici tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi üçün açılan yeni perspektivləri qeyd etdik. Azərbaycan və ABŞ arasında ticarət əlaqələrinin genişləndirilməsini dəstəkləyən alətlərin tətbiqi imkanları və əməkdaşlığın dərinləşdirilməsi istiqamətində gələcək addımlar barədə fikir mübadiləsi apardıq”, – deyə o qeyd edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.