
Azərbaycan və Oman arasında dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyən mexanizmlərin tətbiqi ilə bağlı birgə fəaliyyət müzakirə edilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Oman Sultanlığına işgüzar səfəri çərçivəsində Oman İnvestisiya Bankının baş icraçı direktoru vəzifəsini icra edən Məhəmməd Al Habsi ilə görüş keçirilib.
Görüş zamanı Azərbaycan və Oman arasında investisiya əlaqələrinin şaxələndirilməsi, müasir istehsal infrastrukturunun qurulması, dövlət-özəl tərəfdaşlığının təşviqi və dayanıqlı iqtisadiyyata keçidi dəstəkləyən mexanizmlərin tətbiqi müzakirə olunub. Nazir potensial sahələrdə birgə fəaliyyət imkanlarının nəzərdən keçirildiyini də vurğulayıb.





