Home » Türk dövlətlərində halal turizm və sənaye sektoru regional əməkdaşlığı gücləndirir

Türk dövlətlərində halal turizm və sənaye sektoru regional əməkdaşlığı gücləndirir

by Zeyneb
0 comments 0 views 1 minutes read

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Merei Mukajan Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun ikinci günündəki paneldə bildirib ki, halal turizm və halal sənaye sektoru Türk dövlətlərində regional əməkdaşlıq, mədəni irsin qorunması və dayanıqlı iqtisadi artım üçün mühüm imkanlar yaradır.

Onun sözlərinə görə, bu imkanlar ortaq dəyərlər, kimlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır, davamlı inkişafı və mədəniyyətin qorunmasını təşviq edir.

“Halal turizm kiçik biznesləri dəstəkləyir, sənət və qonaqpərvərlik sahələrinin inkişafına təkan verir, həmçinin investisiyaları cəlb etməklə yerli iqtisadiyyatları gücləndirir”, – deyə M. Mukajan bildirib.

Forum çərçivəsində keçirilən bugünkü sessiyanın mövzusu “Qafqaz və Mərkəzi Asiyada halal turizmin inkişafında tarixi irsin rolu” olub.

TDT rəsmisi vurğulayıb ki, bu mövzu Türk dövlətləri üçün xüsusilə əhəmiyyətlidir: “Torpaqlarımız misilsiz sivilizasiya irsinə ev sahibliyi edir – tarixi şəhərlər və abidələr İslam incəsənəti və memarlığının ən yaxşı ənənələrini əks etdirir. Halal turizm bu irsi qorumaq və onu dünyaya mənəvi zənginlik kimi təqdim etmək üçün unikal imkan yaradır”.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.