Home » Azərbaycan “WSIS-2020” çərçivəsində keçirilmiş Nazirlər Toplantısında təmsil olunub

Azərbaycan “WSIS-2020” çərçivəsində keçirilmiş Nazirlər Toplantısında təmsil olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS-2020) çərçivəsində virtual formatda Nazirlər Toplantısı keçirilib.

Tədbirin əsas müzakirə mövzusu rəqəmli fərqliliyin aradan qaldırılması – rəqəmli keçidin sürətləndirilməsi üçün qlobal əməkdaşlıq mexanizmlərinə dair məsələlər olub.

Nazirlər Toplantısında ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib.

Virtual “dəyirmi masa” iştirakçılarını salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, hazırda bəşəriyyətin mübarizə apardığı koronavirus pandemiyası əlaqələrin əhəmiyyətini artırıb və rəqəmsal fərqliliyin aradan qaldırılması məsələsinin vacibliyini ortaya çıxarıb.

Nazir müavini Azərbaycanda İKT sektoru da daxil olmaqla yüksək texnologiyaların inkişafının dövlət siyasətinin prioriteti olduğunu qeyd edib.

“Ölkəmizdə həyata keçirilən layihələr daxili ehtiyacları nəzərə alır və eyni zamanda regional istifadə imkanlarını da təmin edir. Məsələn, peyk proqramını uğurla həyata keçirən Azərbaycan, ilk növbədə milli tələbatı ödəməklə yanaşı, Avropa, Asiya, Orta Şərq və Afrika da daxil olmaqla geniş coğrafiya ölkələri üçün peyk xidmətləri göstərir”, – deyə E.Vəlizadə vurğulayıb.

Çıxışının sonunda nazirlik rəsmisi EPEG (Europe-Persia Express Gateway) fiber-optik xətt və TASIM – Trans-Avrasiya Super İnformasiya Magistralı kimi layihələrin bölgədəki rəqəmsal fərqliliyin azaldılmasına xidmət etdiyini söyləyib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.