Home » Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca çıxarılır

Azərbaycanda 4 bağlanmış bankın əmlakları hərraca çıxarılır

by yunus
0 comments 4 views 1 minutes read

Sabah “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “NBC Bank”, “Günay Bank”, “Qafqaz İnkişaf Bankı” və “Atabank” ASC-lərin daşınmaz və daşınar əmlaklarının satışı üzrə hərraclar keçiriləcə

BBN.az xəbər verir ki, bu barədə bankların ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət “NBC Bank”a məxsus Şamaxı rayonunun Məlhəm kəndindəki dəyəri 200 min manat olan 464,20 kv. metrlik fərdi yaşayış evindən, “Günay Bank”a məxsus, dəyəri 13 min manat olan “CHERY TIGGO 2” markalı minik avtomobilindən, “Qafqaz İnkişaf Bankı”na məxsus Bakının Binəqədi rayonunun Əcəmi Naxçıvani küçəsi, 147А ünvanındakı dəyəri 2,5 milyon manat olan 1 182,9 kv. metrlik qeyri-yaşayış sahəsindən, “Atabank”a məxsus Mingəçevir şəhərinin Heydər Əliyev prospektindəki dəyəri 450 min manat olan 309,88 kv. metrlik qeyri-yaşayış sahəsindən gedir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.