Home » Elvin Balacanov: Kibertəhlükəsizlik sahəsinə investisiyanın əsas istiqaməti insan kapitalıdır

Elvin Balacanov: Kibertəhlükəsizlik sahəsinə investisiyanın əsas istiqaməti insan kapitalıdır

by Zeyneb
0 comments 0 views 1 minutes read

Peşəkar kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanması və bu sahədə ixtisaslı kadr potensialının qorunub saxlanılması dövlətlər üçün ən vacib investisiya istiqamətlərindən biri olaraq qalır.

Bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin məsul nümayəndəsi Elvin Balacanov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində təşkil olunan panel müzakirələrində səsləndirib.

Onun sözlərinə görə, müasir dövrdə kibertəhlükəsizliyin təmin olunması üçün yalnız texnoloji həllər kifayət etmir. Bu sahədə peşəkar kadrların yetişdirilməsi və onların sistemdə saxlanılması dayanıqlı müdafiə mexanizmlərinin əsas şərtlərindən biridir.

E. Balacanov bildirib ki, kiberdavamlılıq birbaşa əməkdaşlıqdan asılıdır. Bu əməkdaşlıq dövlət və özəl sektor tərəfdaşlıqları, milli CERT strukturları arasında koordinasiya, birgə təlim proqramları və bilik mübadiləsi təşəbbüsləri vasitəsilə həyata keçirilə bilər.

Mərkəzin nümayəndəsi qeyd edib ki, süni intellekt texnologiyalarının inkişafı həm kibertəhdidlərin, həm də kibermüdafiə mexanizmlərinin transformasiyasına təsir göstərir. Bu səbəbdən innovasiyaların kollektiv təhlükəsizliyi zəiflətməməsi, əksinə gücləndirməsi üçün regional əməkdaşlığın əhəmiyyəti daha da artır.

“Azərbaycan üçün bugünkü müzakirələr beynəlxalq və regional əməkdaşlığa, eləcə də tərəfdaşlıqlara investisiya yatırmağın vacibliyini bir daha nümayiş etdirir. Bu gün bölüşülən təcrübələr göstərir ki, kibertəhdidlər qlobal xarakter daşısa da, onlara qarşı effektiv mübarizə yalnız praktiki əməkdaşlıq, qarşılıqlı etibar və rəqəmsal gələcəyin təhlükəsizliyinə yönəlmiş ortaq öhdəliklər əsasında mümkündür”, – deyə o vurğulayıb.

Mənbə: Report.az

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.