Home » Azərbaycanda aqrar sığortadan faydalanan fermerlərin sayı artır – Foto

Azərbaycanda aqrar sığortadan faydalanan fermerlərin sayı artır – Foto

by anar
0 rəy 0 baxış 2 dəqiqə oxuma

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı və toplanan sığorta haqları, sığortalanan əkinlərin sahəsi artır.

2023-cü ildə Azərbaycanda sığortalanmış əkinlərin sahəsi 380 476 hektar olub ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 114 min hektar və ya 43% artıqdır.

Bitkiçilik sahəsindən toplanan sığorta haqlarının məbləği 13 milyon manat təşkil edərək əvvəlki ilin göstəricisini 4,2 milyon manat və ya 48% üstələyib. Nəticədə fondun bitkiçilik üzrə qarşıladığı sığorta təminatı yarım milyard manatı keçərək 506 milyon manata yüksəlib.

2023-cü ildə ölkədə ən çox sığortalanan əkin sahələri buğda, arpa, pambıq və qarğıdalı əkinləri olub. Ümumilikdə isə əkin sahələrinin sığortası üzrə sığorta müqavilələrinin sayı 47 minə yaxınlaşıb ki, bu da əvvəlki illə müqayisədə 4 min müqavilə artıqdır.

2023-cü ildə aqrar sığorta mexanizmi vasitəsilə 6500 baş iribuynuzlu, 1300 baş xırdabuynuzlu olmaqla ümumilikdə 7800 baş kənd təsərrüfatı heyvanı sığorta edilib, 3,9 milyon manat sığorta haqqı toplanıb. Heyvanların sığortası üzrə sığorta təminatının məbləği 36 milyon manat təşkil edib.

Qeyd edək ki, Azərbaycanda aqrar sığorta vasitəsilə əkin sahələri, kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatları sığorta edilir.

Bitkiçilik sığortasına taxıl və tarla bitkiləri, meyvə bağları, texniki bitkilər, tərəvəz və bostan bitkiləri, heyvanların sığortasına isə iri və xırda buynuzlu heyvanlar – inək, camış, qoyun və keçi təsərrüfatları daxildir.

Aqrar sığorta dövlət dəstəyi ilə təqdim olunur – fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50%-ni fermerin əvəzinə dövlət ödəyir.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.