Home » Azərbaycanda BOKT-lar 3 ildə 86 milyon manatlıq istiqraz buraxıb

Azərbaycanda BOKT-lar 3 ildə 86 milyon manatlıq istiqraz buraxıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

Son üç il ərzində Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatları (BOKT) ümumilikdə 86 milyon manat məbləğində istiqraz buraxıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Bakıda keçirilən I İnvestor–Mikromaliyyə Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə buraxılmış istiqrazların ümumi dəyəri 2023-cü illə müqayisədə təxminən 4 dəfə artıb ki, bu da sektorun kapital bazarlarına çıxış imkanlarının genişləndiyini göstərir.

F.İsayev həmçinin qeyd edib ki, ötən ilin noyabr ayında AMB-nin İdarə Heyəti tərəfindən BOKT-larda kənar auditin aparılması ilə bağlı tələblər təsdiqlənib və həmin tələblər 22 noyabrdan qüvvəyə minib.

“İnanıram ki, bu addım maliyyə sektorunun tarixində mühüm mərhələ kimi qiymətləndiriləcək”, – deyə o vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.