Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda çevik iş vaxtı rejiminin tətbiqi planlaşdırılır - BBN

Azərbaycanda çevik iş vaxtı rejiminin tətbiqi planlaşdırılır

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejiminin formalaşdırılması nəzərdə tutulur.

BBN.az xəbər verir ki, bu məsələ “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) və digər qabaqcıl beynəlxalq təcrübələrə əsasən, çevik iş vaxtı rejimi işçiyə həftəlik 40 saatlıq ümumi iş vaxtı normasını qorumaqla, iş gününün başlanma və başa çatma vaxtını müəyyən edilmiş çərçivə daxilində sərbəst seçmək imkanı yaradan iş təşkili formasıdır.

Qeyd olunub ki, bu model əmək münasibətlərində çevikliyin artırılmasına, iş və şəxsi həyat arasında balansın qorunmasına, eləcə də əmək məhsuldarlığının yüksəldilməsinə imkan verir.

Beynəlxalq təcrübədə çevik iş vaxtı rejimi əsasən məcburi iş saatları, çevik giriş-çıxış intervalları və ümumi iş vaxtı normasının dəyişməz qalması prinsipləri əsasında tətbiq edilir. Konkret iş vaxtı çərçivələri və tətbiq mexanizmləri isə ölkələrin milli qanunvericiliyinə və əmək bazarının xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir.

Nazirliyin məlumatına görə, bu iş rejimi xüsusilə informasiya texnologiyaları, maliyyə, təhsil, dövlət idarəçiliyinin inzibati və analitik istiqamətləri kimi sahələrdə çalışanlar üçün əlverişli hesab olunur. Eyni zamanda, azyaşlı uşaqları olan valideynlər, əlilliyi olan şəxslər, təhsil alanlar, eləcə də məsafədən və ya hibrid formada çalışan işçilər üçün də çevik iş rejiminin faydalı olduğu bildirilir.

Fasiləsiz fəaliyyət göstərən sahələrdə isə çevik iş vaxtı rejiminin xüsusi tənzimləmə mexanizmləri əsasında tətbiqi nəzərdə tutulur.

Nazirlikdən bildirilib ki, 2026–2030-cu illər ərzində beynəlxalq təcrübənin öyrənilməsi, hüquqi və institusional təhlillərin aparılması, müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması və çevik iş vaxtı rejiminin mərhələli şəkildə tətbiqi planlaşdırılır.

Related posts

Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb

Avtomobil almaq üçün kredit imkanları genişlənib – Şərtlər və ekspert rəyləri

Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası, Bank Ombudsmanı İkram Kərimov vəfat edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı