Home » Azərbaycanda manatla kreditlərin orta faiz dərəcəsi 18,9%-ə yüksəlib

Azərbaycanda manatla kreditlərin orta faiz dərəcəsi 18,9%-ə yüksəlib

by yunus
0 comments 9 views 1 minutes read

2025-ci il iyunun 1-nə olan məlumata görə, Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,79 faiz bəndi artıb.

Xarici valyutada verilən yeni kreditlərin orta faiz dərəcəsi isə 6,59% olub ki, bu da illik müqayisədə 0,84 faiz bəndi yüksəlib.

Bundan əlavə, iyunun 1-nə bankların ümumi kredit portfeli 28 milyard 386,5 milyon manata çatıb. Kreditlərin 15 milyard 100 milyon manatı biznes, 8 milyard 881,9 milyon manatı istehlak, 4 milyard 404,6 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.