Home » Azərbaycanda meyvə bağlarının güzəştli sığortası başlandı

Azərbaycanda meyvə bağlarının güzəştli sığortası başlandı

by bbnadm
0 rəy 0 baxış 3 dəqiqə oxuma

Azərbaycanın kənd təsərrüfatında, xüsusilə də meyvə tədarükü ilə məşğul olan fermer və sahibkarlar üçün mühüm yenilik baş verib.

Nazirlər Kabinetinin qərarı ilə ölkədə iqtisadi məqsədlərlə ən çox əkilən
meyvələr – xurma, ərik, şaftalı, albalı, gilas, alça, gavalı, heyva, alma,
armud, çiyələk və nar dövlət dəstəkli aqrar sığortanın əhatə etdiyi
məhsulların sırasına daxil edilib.

Dövlət dəstəkli olduğuna görə, bu əkinlərin sığorta haqqının yarısı
dövlət tərəfindən ödənilir.

Sözügedən bitkilər təkcə ölkənin ərzaq təhlükəsizliyi üçün deyil, həm də
xaricə ixrac baxımından mühüm əhəmiyyət daşıyır. Sadalanan
meyvələrin xaricə ixracı təkcə 2021-ci ildə Azərbaycana 180 milyon
dollardan artıq gəlir gətirib.

Aqar sığorta qaydalarına görə, meyvələr dolu, yanğın, zəlzələ, torpaq
sürüşməsi, qasırğa, fırtına, sel və subasma (yeni), leysan (yeni), ildırım
vurması, şaxtavurmadan (donvurma – yeni), normadan artıq yağan qar
yağıntıları (yeni), üçüncü şəxslərin hərəkətləri və sair risklərdən
sığortalanır.

Meyvələrin sığortalanması üçün aqrar sığorta tarifləri meyvələrin
növündən və əkin sahəsinin yerləşdiyi ərazidən, eləcə də seçilən sığorta
zərfindən asılı olaraq dəyişir.

Baza zərfi üçün sığorta tarifləri:

  • albalı məhsulunda 3,36-7,31%,
  • alça və gavalı məhsulunda 3,49-7,62%,
  • alma və armud məhsulunda 3,26-7,06%,
  • çiyələk məhsulunda 2,76-6,14%,
  • ərik məhsulu üzrə 2,19-4,48%,
  • gilas məhsulu üzrə 3,56-7,81%,
  • nar məhsulu üzrə 1,62-3,08%,
  • şaftalı məhsulu üzrə 2,55-5,34%,
  • xurma məhsulu üzrə 2,14-4,36% təşkil edir.

Misal1. 1 hektar alma (və ya armud) sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 80 sentner, 1
sentner məhsulun bazar qiyməti – 40 manat olarsa, sahədən gözlənilən
məhsulun ümumi dəyəri – sığorta məbləği 3 200 manat təşkil edir. Bu
sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı
olaraq 104- 226 manat arasında dəyişir.
Fermer bu məbləğin yalnız yarısını – 52-113 manatını ödəyir, qalan
hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta
ödənişi 2 880 manat təşkil edir.

Misal 2. 1 hektar şaftalı (nektarin) sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 80 sentner, 1
sentner məhsulun bazar qiyməti – 30 manat olarsa, sahədə gözlənilən
məhsulun ümumi dəyəri, yəni sığorta məbləği 2 400 manat təşkil edir.
Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı
olaraq 61-128 manat arasında dəyişir.
Fermer bu məbləğin yalnız yarısını – 31-64 manatını ödəyir, qalan
hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta
ödənişi 2160 manat təşkil edir.

Misal 3. 1 hektar xurma sahəsinin sığortası:
1 hektar sahədən gözlənilən məhsuldarlıq miqdarı – 80 sentner, 1
sentner məhsulun bazar qiyməti – 25 manat olarsa, sahədən gözlənilən
məhsulun ümumi dəyəri, yəni sığotrta məbləği 2000 manata təşkil edir.

Bu sahənin baza zərfi üzrə sığortalanması ölkənin regionlarından asılı
olaraq 43-87 manat arasında dəyişir.
Fermer bu məbləğin yalnız yarısını – 22-44 manatını ödəyir, qalan
hissəni dövlət ödəyir.
Sığorta hadisəsi nəticəsində sahədəki məhsul tamamilə itirilərsə, sığorta
ödənişi 1800 manat təşkil edəcək.

Əlavə sığorta haqqı ödəməklə meyvələr dolu vurması nəticəsindən
keyfiyyət itkisindən, şaxtavurmadan (donvurma – yeni), eləcə də bitki
xəstəlikləri və zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin vurduğu
zərərdən də sığortalana bilər.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və
tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində «Bitkiçilik
məhsulları» bölməsində ətraflı tanış olmaq mümkündür.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651
qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.