Home » Azərbaycanda nağdsız qaydada alınan daşınmaz əmlaka görə 3,3 milyon manatdan çox ƏDV geri qaytarılıb

Azərbaycanda nağdsız qaydada alınan daşınmaz əmlaka görə 3,3 milyon manatdan çox ƏDV geri qaytarılıb

by Zeyneb
0 comments 1 views 0 minutes read

Bu ilin yanvar ayında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak əldə edən vətəndaşlara 3 milyon 376 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verilib.

Məlumata əsasən, bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması layihəsi uğurla davam etdirilir.

Qeyd edək ki, layihənin əsas məqsədi daşınmaz əmlak alqı-satqısında nağdsız ödənişlərin təşviqi, şəffaflığın artırılması və vergi intizamının gücləndirilməsidir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.