Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb - BBN

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq məhsul satılıb. Bunun 22,2 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 18,2 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb. O cümlədən, ərzaq məhsulları, içkilər və tütün üzrə artım 1,3%, qeyri-ərzaq mallarında isə 6,7% təşkil edib.

Alıcıların xərclərinin strukturuna baxıldıqda, vəsaitin 50,7%-i ərzaq məhsullarına, 4,3%-i içkilər və tütünə, 12,9%-i geyim və ayaqqabılara, 6,1%-i yanacağa, 4,8%-i elektrik malları və mebellərə, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatlara, 1,3%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına, 17,5%-i isə digər qeyri-ərzaq mallarına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən subyektlər tərəfindən satılan malların dəyəri illik müqayisədə 3,8% artaraq ümumi dövriyyənin 99,8%-ni təşkil edib. Müəssisələr üzrə artım 8%, fərdi sahibkarlar üzrə 1%, bazar və yarmarkalar üzrə isə 3,9% olub.

Bu ilin yanvar-avqust aylarında əhalinin bir nəfəri pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 493,6 manatlıq alış-veriş edib. Bunun 271,4 manatı ərzaq məhsullarına, 222,2 manatı isə qeyri-ərzaq mallarına yönəlib.

Related posts

Bakı Fond Birjası UNEC tələbələrinə yeni statistik alət olan interaktiv məlumat panelini təqdim edib

Azərbaycanın ÜDM-də özəl sektorun rolu artır

Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 29 %-ə yaxın artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı