Home » Azərbaycanda qeyri-neft ixracı 16,2% artıb

Azərbaycanda qeyri-neft ixracı 16,2% artıb

by bbnadm
0 comments 0 views 1 minutes read

“İxrac icmalı”nın noyabr sayına əsasən, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci ilin on ayı ilə müqayisədə 16,2% artıb.

 2022-ci ilin yanvar-oktyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 24,5%, çay ixracı isə 48,9% artıb.

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 672,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,5%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% artıb.

2022-ci ilin oktyabr ayı üzrə ixrac 5,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 269,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 73 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 17,5% artaraq 196,2 milyon ABŞ dollarına bərabər olub.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.