Home » Azərbaycanda sığorta yığımları 12,8% artıb

Azərbaycanda sığorta yığımları 12,8% artıb

by Zeyneb
0 comments 1 views 0 minutes read

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın sığorta bazarında yığımlar 1 milyard 255,9 milyon manat təşkil edib. Bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı açıqlayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bazarda 12,8% artım qeydə alınıb.

Hesabat ayında sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin məbləği 772,6 milyon manat olub ki, bu da illik müqayisədə 24,1% çoxdur.

Məlumata görə, sözügedən dövrdə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödənişlərə yönəlib. Ötən ilin eyni dövründə bu rəqəm 55,9 manat təşkil edirdi.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.