
Dövlət Vergi Xidmətinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 % artıb.
Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslərin, 13,2 %-i isə hüquqi şəxslərin və digər təşkilatların payına düşür. Son bir ildə fərdi sahibkarların sayı 4,6 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,6 % artıb.
2025-ci il dekabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 204 065 vahid təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 7,2 % çoxdur.
Ötən il 14 051 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 88,7 %-i yerli investisiyalı, 11,3 %-i isə xarici investisiyalı olub. Qeydiyyata alınan kommersiya qurumlarının 85,1 %-i elektron qaydada qeydiyyatdan keçirilib.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 96,5 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və digər təşkilati-hüquqi formalarda yaradılıb.







