Home » Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 2 dəfədən çox artıb

by yunus
0 comments 1 views 1 minutes read

Bu ilin yanvar-mart aylarında Azərbaycan və ABŞ arasında ticarət dövriyyəsinin dəyəri 296 milyon 264 min ABŞ dolları təşkil edib.

BBN.az Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Hesabat dövründə ABŞ ilə ticarət ümumi dövriyyənin 3,1 %-i qədər olub.

Son 1 ildə Azərbaycanın ABŞ-yə ixracının dəyəri 41,6 % artaraq 22 milyon 295 min dollar, bu ölkədən idxalının dəyəri isə 2,3 dəfə artaraq 273 milyon 968 min ABŞ dolları olub.

3 ay ərzində ABŞ-yə ixrac ümumi ixracın 0,4 %-ni, ABŞ-dən idxal isə ümumi idxalın 6,8 %-ni təşkil edib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.