Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycanın Özbəkistanda aldığı bank maliyyə vəziyyətini açıqlayıb - BBN

Azərbaycanın Özbəkistanda aldığı bank maliyyə vəziyyətini açıqlayıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) Özbəkistanda aldığı “Davr Bank” 2025-ci ili 566,3 milyard som (təxminən 80 milyon manat) xalis mənfəətlə başa vurub.

BBN.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 54,4 % çoxdur.

Ötən il “Davr Bank”ın vergiyəqədərki mənfəəti 650,1 milyard soma (əvvəlki ilə nisbətən 53,6 % çox; təxminən 92 milyon manat), mənfəət vergisi ödəmələri isə 83,8 milyard som (48,7 % çox; təxminən 12 manat) təşkil edib.

Bu il yanvarın 1-nə “Davr Bank”ın aktivləri 12,1 trilyon som (təxminən 1,7 milyard manat), olub ki, bu da illik müqayisədə 31,2 % çoxdur. Hesabat dövründə Bankın öhdəlikləri 27,8 % artaraq 10,2 trilyon soma (təxminən 1,45 milyard manat), balans kapitalı 52,1 % artaraq 1,9 trilyon soma (təxminən 0,25 milyard manat) çatıb.

Xatırladaq ki, “Davr Bank” Özbəkistan Mərkəzi Bankının 29 sentyabr 2001-ci il tarixli lisenziyası ilə fəaliyyətə başlayıb. Onun nizamnamə kapitalı 500 milyard somdur (təxminən 70 milyon manat).

ABB Özbəkistan bazarındakı strateji genişlənmə planının tərkib hissəsi olaraq 100 milyon ABŞ dollarından çox vəsait qoyaraq “Davr Bank”ın 51%-lik nəzarət səhm paketini əldə edib. Azərbaycan bankı bu ölkədə “ABB Davr Bank” brendi altında fəaliyyət göstərəcək.

Related posts

Bank of Baku-da departamentlərə yeni təyinatlar var

Bakıda ödənişli xidmətlərin ümumi dəyəri 9 % artıb

Orta əməkhaqqı 8 %-ə yaxın artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı