
Bu ilin yanvar-avqust aylarında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti üzrə ümumilikdə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanıb.
BBN.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,9% artım deməkdir.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 603,414 milyon manat olub ki, bu da illik müqayisədə 21,1% çoxdur.
Statistikaya görə, 2025-ci ilin 8 ayında sığorta bazarında toplanan hər 100 manat sığorta haqqının 57,6 manatı ödənişlərə yönəldilib. 2024-cü ilin eyni dövründə bu rəqəm 53,7 manat təşkil edib.





