Home » Azərbaycanın Türkiyədən qara və əlvan metal idxalı azalıb

Azərbaycanın Türkiyədən qara və əlvan metal idxalı azalıb

by Zeyneb
0 comments 0 views 1 minutes read

2025-ci ildə Azərbaycan Türkiyədən 135,599 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.

BBN.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 4,9 % azdır.

Məlumata görə, Türkiyədən qara və əlvan metal idxal edən ölkələr arasında Almaniya ilk sırada qərarlaşıb. Bu ölkə 1 milyard 550,932 milyon ABŞ dolları dəyərində metal idxal edib ki, bu da əvvəlki illə müqayisədə 7,1 % artım deməkdir.
İtaliya Türkiyədən 1 milyard 020,631 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib (27,5 % artım).
ABŞ isə 576,168 milyon ABŞ dolları həcm hookup with (0,4 % azalma) ilə üçüncü yerdə qərarlaşıb.

Təkcə 2025-ci ilin dekabr ayında Türkiyə Azərbaycana 11,539 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 % azdır.

Ümumilikdə isə ötən il Türkiyənin qara və əlvan metal ixracının dəyəri illik müqayisədə 6,6 % artaraq 13,242 milyard ABŞ dollarına, dekabr ayında isə 14,1 % artaraq 1,109 milyard ABŞ dollarına çatıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.