Home » AZAL Bakıdan Pekinə uçuşlara başlayır

AZAL Bakıdan Pekinə uçuşlara başlayır

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Pekin-Bakı marşrutu üzrə dekabrın 19-dan uçuşlara başlayır.

Bu barədə BBN.az Azərbaycanın milli aviadaşıyıcısına istinadən xəbər verir.

Bildirilir ki, Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, Çinə hava yolu ilə səyahət etməzdən əvvəl sağlamlıq anketini doldurmaq və əldə olunan QR-kodu mobil cihazda saxlamaq zəruridir. Bu QR-kodun olması, həm Bakıda, həm də Pekində uçuşa minmək üçün mütləq şərtdir.

İki paytaxt arasında uçuşların başlanması qərarı səyahətə artan tələbatın ödənilməsi, Azərbaycan və Çin arasında dinamik inkişaf edən əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.

AZAL-ın bu və digər reyslərinə aviabiletləri rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən əldə etmək olar.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.