Home » “AzDataCom” internet provayderi “öncədən ödəmə” sisteminə keçir

“AzDataCom” internet provayderi “öncədən ödəmə” sisteminə keçir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“COVID-19” pandemiyası ilə əlaqədar karantin rejimi tətbiq edildiyindən məktəb və universitetlər distant təhsilə keçib, iş yerlərinin əksəriyyəti onlayn fəaliyyət göstərir. Bu da öz növbəsində internet xidmətlərinə olan tələbatı kəskin artırıb.

Həmçinin infrastrukturun dayanıqlılığının və alternativliyinin daha yüksək səviyyədə təmin edilməsi zərurətini yaradıb. İstifadəçilərin internet xidmətlərinə tələbatının artması ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) ölkə üzrə internet infrastrukturunun xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks işlər aparır.

NRYTN-in Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “AzDataCom” provayderi ölkəmizin bütün şəhər və rayon mərkəzlərində genişzolaqlı internet (ADSL) xidmətləri göstərir.

“Azdatacom” şəbəkəsi 1 yanvar 2021-ci il tarixindən “öncədən ödəmə” sisteminə keçid edir. Bundan sonra abunəçinin istifadə edəcəyi internet haqqı “gündəlik hesablaşma” prinsipi ilə aparılacaq. Belə ki, ödəniş günündən sonrakı 30 təqvim günü növbəti ay üçün ödəmənin son tarixi hesab ediləcək.

İstifadəçilər aylıq abunə haqqını “smartpay.az” saytı üzərindən, “Azərpoçt” MMC-nin filiallarında, həmçinin ödəmə terminalları vasitəsilə ödəyə bilərlər. Daha ətraflı məlumat üçün “157” zəng mərkəzinə müraciət etmək mümkündür.

Qeyd edək ki, “Azdatacom” şəbəkəsi müştəri məmnuniyyətini artırmaq məqsədilə istifadəçi maraqlarını nəzərə alıb mütəmadi olaraq təkmilləşdirilir. Pandemiya dövrünün tələbləri nəzərə alınaraq istifadəçilərə evdən çıxmadan onlayn ödəniş etmək imkanı yaradılıb. Bu linkə daxil olmaqla “öncədən ödəniş” edib aylıq internet paketi almaq mümkündür.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.