Home » “Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

by anar
0 comment 3 views 1 minutes read

Ölkənin aparıcı mobil operatorunun beynəlxalq ISO 10002:2018 sertifikatına uyğunluğu növbəti dəfə təsdiq edilib

“Azercell Telecom” MMC Müştəri Xidmətləri sahəsində beynəlxalq standartlara uyğunluq üzrə resertifikasiya auditini uğurla bitirib.

Lider mobil operator ISO 10002:2018 Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq üzrə növbəti dəfə sertifikatla təltif olunub. Keyfiyyət auditini “Büro Veritas Azeri” MMC aparıb.

ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. ISO 10002:2018 beynəlxalq standart məhsul və xidmətlərlə əlaqəli şikayətlərin qurumlara daxil olması, onların nəzərə alınması, cavablandırılıb həll olunması prosesini qiymətləndirir. Həmçinin, şikayətlərə baxılması işinin daha effektiv şəkildə həyata keçirilməsi üzrə tələbləri müəyyən edir. Xatırladaq ki, “Azercell Telecom” ilk dəfə hələ 2011-ci ilin aprelində ISO 10002 Standartı üzrə uyğunluq sertifikatını əldə edib.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq müasir texnologiyalar və biznes həllər vasitəsi ilə müştərilərinin həyat keyfiyyətini yüksəltməyi hədəfləyən “Azercell” hazırda öz abunəçilərinə çoxçeşidli servis kanallarıyla xidmət göstərir. Müştərilər Telefon Mərkəzi, Ön Masa Ofisləri və Azercell Eksklüzivləri, Onlayn Müştəri Xidmətləri, “Azercell”in rəsmi Sosial Media Platformaları üzərindən öz suallarını, şikayət və təkliflərini bildirmək imkanına malikdirlər. Abunəçi sorğularının cavablandırılması istiqamətində “Azercell Telecom”un təqdim etdiyi daha bir həll “Kabinetim” tətbiqidir. “Azercell”in abunəçiləri bu tətbiq üzərindən Azərbaycan, rus və ingilis dillərində onlayn çat vasitəsilə müştəri xidmətlərinə müraciət edə, təqdim olunan müxtəlif xidmətlərə qoşula, sorğularına cavab ala bilirlər. Mobil operator müraciətlərə effektiv və səmərəli şəkildə baxılması, onların mümkün qədər tez həll edilməsi prinsiplərinə üstünlük verir, müştəri məmnuniyyətinin artırılmasını hədəfləyir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.