Home » Azərbaycan startapları Vişeqrad investorlarının diqqətini çəkmək üçün yarışıb

Azərbaycan startapları Vişeqrad investorlarının diqqətini çəkmək üçün yarışıb

by anar
0 rəy 2 baxış 2 dəqiqə oxuma

“V4-Azerbaijan Tech Bridge (V4ATB)” proqramı Azərbaycan, Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan innovasiya ekosisteminin iştirakçılarını bir araya gətirib. 

2022-ci ildən Azərbaycanda həyata keçirilən “V4-Azerbaijan Tech Bridge (V4ATB)” startap proqramının yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan, Çexiya, Macarıstan, Polşa və Slovakiyadan olan innovasiya ekosisteminin iştirakçıları, müvafiq ölkələrin səfirləri iştirak ediblər.

Qeyd edək ki, Polşanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən proqram ölkəmizdə fəaliyyət göstərən Vişeqrad Qrupu ölkələri ((V4) – Çexiya, Macarıstan, Slovakiya və Polşa), eləcə də Azərbaycandan olan tərəfdaşlardan ibarət konsorsium, qeyd edilən ölkələrin Azərbaycandakı səfirlikləri tərəfindən dəstəklənir. Proqram Beynəlxalq Vişeqrad Fondu tərəfindən maliyyələşdirilir. Proqrama Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən də dəstək göstərilir. Proqramın məqsədi Vişeqrad Qrupu və Azərbaycandan olan startap ekosisteminin iştirakçılarını bir araya gətirməklə innovasiyalar sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Rafal Poborski, Çexiyanın səfiri Milan Sedlaçek, Macarıstanın səfiri Tamaş Torma, Slovakiyanın səfiri Milan Layçiak, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev, “Startup Hub Poland Foundation”nın baş direktoru Paulina Brym-Ciuba proqram barədə fikirlərini bölüşüb, layihədə iştirak etmiş Azərbycan startaplarına uğurlar arzulayıblar.

Qeyd olunub ki, 18 ay davam edən proqrama 160-dan çox startap müraciət edib. Onların arasından 10 ən yaxşı startap layihəsi seçilərək Çexiya, Macarıstan, Polşa və digər ölkələrdən olan investorlar, “biznes mələkləri”, bank təmsilçiləri, mentor və ekspertlərdən ibarət beynəlxalq münsiflər heyətinə təqdim edilib. Proqram müddətində bir sıra görüşlər, təlimlər, “demo günləri”, şəbəkələşmə tədbirləri və s. keçirilib.

Tədbir çərçivəsində proqrama qoşulmuş 10 ən yaxşı layihənin təqdimatı keçirilib, panel icalsda Vişeqrad ölkələrindən olan mütəxəssislər startapların inkişaf etdirilməsi təcrübəsinə, investorların gözləntilərinə və mövcud dəstək alətlərinə dair fikirlərini bölüşüblər.

Sonda “V4-Azerbaijan Tech Bridge (V4ATB)” proqramının qalibi – “Murmur” platforması seçilib. Qalib startap Polşanın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə 2023-cü ilin noyabrında Varşavada keçiriləcək nüfuzlu “Deep Tech CEE Challenge” tədbirində iştirak edəcək.

Proqram haqqında ətraflı məlumat üçün: https://startuphub.pl/V4ATB

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.