Home » “AzerGold” QSC hasilatın pay bölgüsü haqqında Saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb

“AzerGold” QSC hasilatın pay bölgüsü haqqında Saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb

by anar
0 rəy 3 baxış 1 dəqiqə oxuma
Məlum olduğu kimi, Milli Məclis tərəfindən ratifikasiya olunan və Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 21 iyun 2024-cü il tarixində
təsdiq edilən Qanuna əsasən, Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu
(Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və
polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü
haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Amerika
Birləşmiş Ştatlarının R.V. Investment Group Services, LLC arasında bağlanmış Sazişin
həyata keçirilməsi ilə əlaqədar dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə
ötürülüb.
Məqsəd Saziş üzrə işlərin icrasında R.V. Investment Group Services, LLC ilə
dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti arasında səmərəli əməkdaşlığın təmin
edilməsidir. Sazişin şərtlərinə əsasən, “AzerGold” QSC R.V. Investment Group
Services, LLC-yə hüquq və mənafelər vermək, fəaliyyətin səmərəli təşkil edilməsinə
nəzarət etmək, mədən-filiz əməliyyatlarının həyata keçirilməsi üçün hökumət orqanları
ilə əməkdaşlığı təmin etmək və digər öhdəlikləri daşıyır.
Saziş sahələrində mədənlərin idarəolunması, geoloji kəşfiyyat, hasilat, istehsalat,
həmçinin ətraf mühitin mühafizəsi, yerli icmalarla işin təşkili, korporativ sosial
məsuliyyət və digər istiqamətlərdə R.V. Investment Group Services, LLC tərəfindən
fəaliyyət “AzerGold” QSC-nin nəzarəti ilə icra ediləcək: “AzerGold” QSC operator
şirkətin dağ-mədən fəaliyyətinin yerli və beynəlxalq qanunvericiliyinin tələblərinə uyğun
icrasını təmin edəcək.
Artıq QSC tərəfindən Sazişdən irəli gələn məsələlərin həlli, fəaliyyətin operativ
təşkili, müxtəlif fəaliyyət istiqamətlərində Sazişin tələblərinin müəyyən edilməsi
məqsədilə işlərə başlanılıb. Belə ki, qeyd edilən məqsədlər nəzərə alınaraq “AzerGold”
QSC-nin nəzdində yaradılan İşçi qrupa bir ay müddətində fəaliyyətin təşkil edildiyi
sahələrə, o cümlədən infrastruktura ümumi baxışın keçirilməsi, Saziş çərçivəsində
görülən işlərin və mövcud vəziyyətin təhlil edilməsi, görülməsi zəruri olan tədbirlərin

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.