Home » “AzerGold” QSC-nin sikkə və külçə kolleksiyalarına tələbat artıb

“AzerGold” QSC-nin sikkə və külçə kolleksiyalarına tələbat artıb

by ulviyya
0 comment 3 views 1 minutes read

“AzerGold” QSC 2024-cü ilin yanvar-sentyabr ayları ərzində qiymətli metalların pərakəndə satış bazarında fəaliyyətini uğurla davam etdirib.

Belə ki, cari ilin ilk 9 ayı ərzində QSC-nin rəsmi satış və mübadilə mərkəzində 2 582 unsiya qızıl sikkə və külçənin pərakəndə satışı həyata keçirilib. Bununla ötən ilin eyni dövrü ilə müqayisədə qızılın pərakəndə satışında 35% artıma nail olunub. Qeyd olunan dövr ərzində 70 unsiya gümüş məhsullarının da pərakəndə satışı həyata keçirilib.

Cari ilin yanvar-sentyabr aylarında qızıl və gümüş məhsullarının pərakəndə satışı nəticəsində 11.4 milyon manat gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59% artım deməkdir.

Qeyd edək ki, “AzerGold” QSC yerli qızıl və gümüş xammalından istehsal etdiyi sikkə və külçələri ilk dəfə 2019-cu ildə satışa təqdim edib. Bu günə qədər 11 677 unsiya qızıl sikkə və külçə, 595 unsiya gümüş sikkənin pərakəndə satışı nəticəsində 44.2 milyon manat məbləğində gəlir əldə edilib.

Xatırladaq ki, QSC tərəfindən Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən 11 çeşiddə sikkə kolleksiyası istehsal olunub. Cari ildə Heydər Əliyev Fondunun yaradılmasının 20, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş, o cümlədən paytaxt Bakının ən qədim hissəsi – İçərişəhərin təsvirini özündə əks etdirən yeni qızıl sikkə kolleksiyaları ictimaiyyətə təqdim edilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.